Uzman Dr. Elgün Hacıyev

Uroloq-androloq
Almaniyada ixtisaslaşmış mütəxəssis

Senior Dentist provides top-tier dental care tailored to your needs. Specializing in advanced treatments procedures

Dr. Elgün Hacıyev Elxan oğlu 2006-cı ildə İstanbul Marmara Tibb Fakültəsinin ingilis dilli proqramına qəbul olmuş, təhsilini Prezident təqaüdçüsü kimi yüksək nailiyyətlərlə davam etdirmiş və 2013-cü ildə fakültəni “Top 10” sıralamasında 8-ci yeri tutaraq bitirmişdir. Təhsil dövründə Pendik Eğitim ve Araştırma Hastanesi xəstəxanasında 4 aylıq urologiya üzrə internship proqramını tamamlamışdır.

Peşəkar inkişafını daha da təkmilləşdirmək məqsədilə 2013–2014-cü illərdə Amerika Birləşmiş Ştatlarının Merilend ştatının Baltimor şəhərində yerləşən University of Maryland Medical Center-də urologiya və andrologiya üzrə internship fəaliyyətini davam etdirmişdir.

Qısa müddətdə alman dili biliklərinə yiyələnərək, 2014–2017-ci illərdə Almaniyanın Niedersachsen əyalətində, Hannover şəhəri yaxınlığında yerləşən Heidekreis Krankenhaus xəstəxanasında urologiya və andrologiya ixtisası üzrə asistan həkim (rezident) kimi fəaliyyətə başlamışdır. 2014-cü ildə Türkiyə tibb diplomu Almaniya səhiyyə orqanları tərəfindən tanınmış və Almaniyada həkimlik fəaliyyəti üçün rəsmi Approbation əldə etmişdir.

2017–2021-ci illərdə Klinikum Osnabrück xəstəxanasında urologiya və andrologiya üzrə rezidentura təhsilini davam etdirmişdir. Bu müddətdə Almaniyanın tanınmış androloq-uroloq cərrahlarından biri olan Prof. Dr. Helmuth van Ahlen rəhbərliyi altında, trans-gender əməliyyatları da daxil olmaqla, geniş spektrli androloji cərrahi əməliyyatlar üzrə dərin nəzəri və praktik biliklər qazanmışdır. Bununla yanaşı, urologiya, andrologiya və seksologiya sahələrində peşəkar hazırlığını inkişaf etdirmiş, müasir Da Vinci robotik cərrahiyyə, laparoskopik cərrahiyyə, uroendoskopik əməliyyatlar və açıq uroloji cərrahiyyə sahələrində yüksək əməliyyat təcrübəsinə yiyələnmişdir.

2021–2023-cü illərdə Saint Franziskus Hospital Lohne-Vechta xəstəxanasında urologiya ixtisası üzrə rezidentura təhsilini tamamlamış, böyrək transplantasiyası istisna olmaqla, demək olar ki, bütün növ uroloji cərrahi əməliyyatların icrasında iştirak etmişdir. 2023-cü ilin dekabr ayında ixtisas imtahanını uğurla keçərək Almaniyada Urologiya və Andrologiya üzrə uzman həkim adını qazanmışdır.

Daha sonra eyni xəstəxanada təcrübəli uzman həkim, şöbə müdiri və sonradan bölüm başqanı yardımcısı vəzifələrində çalışmışdır. Rəhbərlik fəaliyyəti dövründə bir çox alman asistan həkimlərin hazırlanmasında və peşəkar yetişməsində aktiv rol oynamışdır.

2024-cü ildə Almaniyada və Avropanın müxtəlif ölkələrində andrologiya sahəsində elmi-praktik fəaliyyətini daha da dərinləşdirərək, Almaniya səhiyyə sistemi çərçivəsində andrologiya üzrə üst ixtisaslaşma imtahanlarını uğurla vermiş və Almaniyada yüksək ixtisaslaşmış androloq cərrah statusunu əldə etmişdir.

Dr. Elgün Hacıyev çoxsaylı beynəlxalq konqreslərdə iştirak etmiş, dünyanın aparıcı uroloq və androloqları ilə birgə çalışaraq zəngin cərrahi və elmi təcrübə toplamışdır. O, penis protezi cərrahiyyəsinin dünya miqyasında tanınmış isimlərindən Prof. Dr. Steven K. Wilson ilə Kaliforniya və İstanbulda, italiyalı Prof. Dr. Gabriele Antonini ilə Romada, alman Prof. Dr. Porst ilə isə Hamburqda birgə əməliyyatlar icra etmişdir.

Dünyanın qeydiyatlı nadir kişi cinsi sağlıq xəstəlikləri və Sindromları ( Rare male sexual dysfunction disorders – POIS, PSSD, PFS, PRSD, HFS, RGS) tapılması və müalicəsi üzərinə mütəxəssisləşmişdir.

Bu peşəkar yol onu müasir uroloji və androloji cərrahiyyə sahəsində beynəlxalq təcrübəyə malik, yüksək ixtisaslı mütəxəssis kimi formalaşdırmışdır.

Diplom və sertifikatlar